Haqqımızda

Hörmətli müştərilər və tərəfdaşlar,

Mən bu gün sizə Data, Maşın Öyrənməsi, Proqramlaşdırma və İnformasiya Texnologiyaları sahəsində aparıcı təlim və məsləhət xidmətləri təminatçısı olan Gi Group adından yazıram.

Sürətli rəqəmsal transformasiya dövrünə qədəm qoyduğumuz bu dövürdə yüksək ixtisaslı mütəxəssislərə tələbat heç vaxt bu qədər yüksək olmamışdır. Gi Group innovativ təlim və konsaltinq xidmətləri göstərməklə fərdi şəxslərə və şirkətlərə bu yeni dövrdə inkişaf etmələrinə dəstək olmağa hazırıq. Peşəkar təlimçi və mentor komandamız insanlara öz potensiallarını üzə çıxarmağına və məqsədlərinə çatmağına kömək etməkdə maraqlıdır. İstər komandanızın bacarıqlarını artırmaq, istərsə də yeni karyeraya yolunuzda və ya sadəcə yeni bacarıqları öyrənmənizdə kömək edəcək təcrübəmiz və resurslarımız var.

İxtisasınızdan və bacarıqlarınızdan aslı olmayaraq tədris metodumuz və yanaşmamız istənilən karyera və ya peşədə vacib olan tənqidi düşünmə və problem həll etmə bacarıqlarınızı inkişaf etdirməklə qısa zamanda tam ixtisaslı mütəxəssis olmağınız üçün formalaşdırılmışdır.

Təlim və məsləhət ehtiyaclarınız üçün Gi Group-u nəzərə aldığınız üçün təşəkkür edirik. Sizinlə işləməyi və uğur qazanmağınıza kömək etməyi səbirsizliklə gözləyirik.
İsrafil İsgəndərov
Direktor, GI Group