Vaxtın idarə olunması | Time Management

“Effektiv zaman idarəetməsi” (Vaxtın idarə olunması) təlimi zaman idarəetməsini praktiki şəkildə öyrənmək istəyən, zaman idarəetməsi ilə bağlı çətinliklərlə qarşılaşaraq planlamada edilən səhvlər ucbatından hədəflərinə çata bilməyən hər kəs üçün faydalı təlim hesab edilir.

 

Təlimin məqsədi

Təlimin əsas məqsədi müasir təlim metodlarından isifadə etməklə zaman idarəetməsi texnikalarının praktiki olaraq nümayiş etdirilməsidir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru zaman idarəedilməsi texnikalarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.

 

Kimlər iştirak edə bilər?

Zaman idarəedilməsini öyrənmək istəyən, eyni zamanda zamanını doğru planlaya bilməyən, zaman itkisi səbəbindən hədəflərinə çatmaqda çətinlik çəkən hər kəs bu təlimdə iştirak edə bilərlər.

 

Nələr əldə edəcəksiniz?

  • Zaman idarəetməsi ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqınız.
  • Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
  • Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.
  • Effektiv zaman idarəetməsini və təsirli planlama bacarıqlarınızı təkmilləşdirəcəksiniz.

 

Mövzular:

  • Giriş
  • Zamanın önəmi
  • Zamanı təsirli və faydalı istifadə etməyin önəmi
  • Zamana effektiv istifadə etməyə təsir edən ünsürlər
  • Həll etmə yolları
  • Zaman tələləri
  • ZAMAN İTİRDƏN (TIME LOSSERS)
  • İclaslar
  • GARFİELD qaydaları
  • Təxirəsalma
  • Tələskənlik
  • Qrup işi
  • Stephen Covey matriksi
  • 4D MODELİ - Eyzenhauerın Xəritəsi
  • Planlama
  • Təlimin qiymətləndirliməsi

 

Təlim müddəti: 1 gün 

Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.