Bədbəxt hadisələrin təhqiqi və uçota alınması

"G&I Training Academy" Təlim Mərkəzi "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınmasımövzusunda təlim elan edir. 

 

Təlimin məqsədi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının qaydası necə araşdırılır və aparılır.

 

Təlim kimlər üçün nəzərdə tutulub: İnsan Resursları üzrə mütəxəssislər, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, SƏTƏM Mütəxəssisləri, SƏTƏM Təlimçiləri, İşə götürənlər və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.

 

Təlim kursunu bitirdikdən sonra Müəssisə ərazisində və istehsalatda baş verən bədbəxt hadisələrin təhqiq edilməsinin və uçota alınmasının qaydası necə araşdırılır və aparılmasının öyrənəcəksiniz. 

İştirakçılara Əməyin mühafizəsi norma və qaydalarını Azərbaycan Respublikası Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi Qaydalar, Təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək. 

 

Mövzular: 

  • Əmək hüququnun əsas müddəaları
  • Əməyin mühafizəsi hüquqi əsasları
  • AR Əmək Məcəlləsi  müvafiq maddələri
  • İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydası
  • Təhqiqat komissiyasının işinin təşkil edilir
  • Bədbəxt hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili
  • İZ forması nədir və necə tərtib edilir
  • İstehsalatda bədbəxt hadisələrin uçot jurnalı nədir
  • İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumat necə hazırlanır
  • İstehsalatda baş vermiş bədbəxt hadisənin təhqiqat aktının tərtib olunmasına dair izahat nədir və.s
  • Təlimin qiymətləndirilməsi

 

Təlimin təqdimatı bu sahədə təcrübəli mütəxəssis Aqil Allahverdiyev tərəfindən həyata keçiriləcək. 

 

Təlim müddəti: 1 gün. Saat 10:00-dan 17:00-dək.

 

Təlimin keçirildiyi dil: Azərbaycan

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara SERTİFİKAT təqdim olunur.