İlk Tibbi Yardım | Üstün səviyyədə | Advanced First Aid

Təlimin məqsədi: 

  • Həyati təhlükəni ortadan qaldırmaq
  • Həyati funksiyaların davam etdirilməsini təmin etmək
  • Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək
  • Yaxşılaşmanı asanlaşdırmaq 
  • Peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə ) ilk tibbi yardımın göstərilməsi bacarıqlarını öyrətmək. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Tibbi yardım komandası gələnə qədər zərərçəkmiş insanı həyatda saxlamağın zəruri olduğu şəraitdə müvafiq yardımın göstərilməsi üçün səfərbər edilə biləcək işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

 

Kursun mövzuları: 

1-ci gün

  • Giriş / Təqdimemə
  • Fövqəladə Hallar zamanı davranış qaydaları
  • İlk yardım nədir?
  • 2-ci səviyyəli İlk yardım çantası ilə tanışlıq
  • İlk Yardımın məqsədi
  • Sadə gigiyenik tədbirlər
  • Qanla keçən xəstəliklərdən qorunma və digər təhlükələr
  • Tənəffüz və ürək-damar sistemlərinin anatomiya və fiziologiyası
  • Sahənin qiymətləndirliməsi (ətrafın nəzərdən keçirilməsi) və ikincili hadisələrin qarşısının aılnması
  • Zərər çəkmişin vəziyyətinin qiymətləndirilməsi, hadisə yerinin müayinəsi, təhlükəsizlik qaydaları. (DRCAB)
  • Yardıma çağırma
  • Xəsarət və ya xəstəlik barəsində dəqiq məlumat vermə bacarığı
  • Ürək-ağciyər Reanimasiyasının aparılması (CPR - Cardio Pulmonary Resuscitation)
  • Huşsuz insana yadrım və ona təhlükəsiz vəziyyətin verilməsi

 

2-ci gün

  • Praktiki məşğələ: Ürək-ağciyər Reanimasiyası (CPR), Avtomatlaşdırılmış Xarici Defibrillyatorla davranış qaydaları (AED - Automated External Defibrillator)
  • Qanaxmaların dayandırılması
  • Praktiki məşğələ: Sadə yaralar zamanı yardım. Sarğının qoyulması
  • Gözün zədələnməsi. Yad cisim və kimyəvi maddə düşən zaman gözün yuyulması
  • Termiki və kimyəvi yanıqlar zamanı ilk yardım.
  • Ağır tibbi vəziyyət və ya xəstəliklər zamanı ilk yarıdm.

 

3-cü gün

  • Çeçəmə və suda boğulma
  • Şok, hipotermiya və istinin təsirindən yaranan vəziyyətlərdə ilk yardım
  • Yumşaq toxumaların zədələnməsi. Sınıqlar. Baş və bel zədələnmələri. Şinalanma. Xəsarət alanını təxliyyə olunması
  • Müxtəlif növ sarğıların qoyulması
  • İlan sancması, həşərat və heyvan dişləməsi
  • Çeşidləmə

 

4-cü gün

  • Fövqəladə Hallar zamanı əlaqə yaratma və vəzifə bölgüsü
  • İş yerində xüsusi təhlükələr
  • Praktiki məşğələ: Ürək-ağciyər Reanimasiyası (CPR), Avtomatlaşdırılmış Xarici Defibrillyatorlardan (AED)  istifadə alqoritimi
  • Praktiki bacarıqların qiymətləndirilməsi 
  • Qiymətləndirmə / yazılı test imtahanı 
  • Təlimin qiymətləndirilməsi

 

Praktiki hissə manken üzərində üzərində Ürək – Ağciyər Reanimasiyası, süni tənəffüsvermə, sınıqların sarınması və İlk tibbi yardım çantasından istifadə qaydaları aiddir.

İlk tibbi yardım təlimi üçün avadanlıqlar: Təlim Mankeni, Primedic AED (Avtomatik elektro defibrillator), İlk tibbi yardım çantası.

 

Təlim müddəti: 4 gün (nəzəri və praktik hissə) 

Qrupda dinləyicilərin sayı: Minimum 6 nəfər – maksimum 12 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il