Sağlamlıq Üçün Təhlükəli Maddələrə Nəzarət Qiymətləndiricisi | COSHH Assessor

Təlimin məqsədi: 

  • SÜTMN maddələrindən çirklənmənin təsirlərindən xəbərdar olmaq; 
  • Zərərli maddələrlə bağlı risklərin azaldılması və ya aradan qaldırılması üçün tələb olunan nəzarət tədbirlərindən xəbərdar olmaq;
  • Qiymətləndirmənin hazırlanmasında məlumat toplamağı bacarmaq;
  •  Müvafiq sənədlərin tam nümunələrini və toplanmış məlumatı müqayisə edə bilmək;
  • Nəticələr əsasında qərarlar qəbul edə bilmə və yerində nəzarəti həyata keçirmək.

Təlim kimlər üçün nəzərdə tutulub: Hər bir işçi üçün (Menecerlər, Supervayzerlər, Formenlər,  SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər).

Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:

  • İşdə SÜTMN qiymətləndirmələrini effektiv yerinə yetirmək və məlumat toplamaq üçün nümayəndələri bilik və bacarıqları ilə təchiz edəcəkdir. 
  • SÜTMN qanunları daxil olmaqla, müvafiq qanunla müəyyən edilmiş öhdəliklərindən xəbərdar olacaqlar.
  • SÜTMN materiallarını və mümkün çirklənmə üsullarını müəyyən etməyə bacaracaqlar.

 

Mövzu:

  • Giriş
  • Məqsəd
  • Kimyəvi Maddələrin Mənbəyi
  • Məruz Qalma Yolları
  • Təhlükələr və Nişanlar
  • Materialın təhlükəsizliyi haqqında məlumat
  • İşəgötürənlərin və işçilərin qanun qarşısında vəzifələri
  • Müvafiq fərdi mühafizə vasitələri
  • Riskin Qiymətləndirilməsi
  • Riskin idarə olunması ardıcıllığı
  • Riskin Qiymətləndirilməsi tapşırıqları
  • Təlimin qiymətləndirilməsi

 

Kursun Müddəti:  1 gün 

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.