Bədbəxt hadisələrin, Qəzaların araşdırılması və məruzə olunması. / Incident / Accident Investigation and Reporting

 “G&I Consultintg Group” müsəəsisənizdə baş vermiş Bədbəxt hadisə, Qəza, Qəzaya yaxın hal və peşə xəstəliklərinin araşdırılması, məruzə olunmas və  təhqiqatının aparılmasında sizə peşəkar konsultasiya xidmətləri təklif edir. Xidmət daxilində bu prosesə təcrübəli və peşəkar mütəxəssislərin cəlb olunması, bu sahədə araşdırma edən səlahiyyətli şəxslərə təlimlərin keçirilməsi və sənədləşdirmə işlərində dəstək planlaşdırılır.

İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, eləcə də peşə xəstəliklərinə tutulma hallarının aradan qaldırılması əməyin mühafizəsinin aktual problemlərindən biridir. 

Bədbəxt hadisələrin araşdırılmasının başlıca məqsədi vətəndaşların Azərbaycan Respublikası Konstitusiyası, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş əmək hüquqlarının müdafiəsini təmin etmək, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirməkdən, işçilərə dəyə biləcək zərərlərin qarşısını almaqdan, iş yerlərində risklərin idarə olunması və onlara nəzarət prosesinin səmərəli təşkilinə nail olmaqdan, gələcəkdə hadisələrin təkrarlanmağının qarşısını almaqdan və qəzanın vurduğu ziyanın məbləğini müəyyən etmək ibarətdir. 

İstehsalatda Bədbəxt Hadisələrin Araşdırılması və təhqiqatının aparılması yerli və Beynəlxalq qanunvericiliyin tələbləri əsasında aparılması tələb edir. İlk növbədə Yerli qanunvericiliyin əsasında tədqiqatın aparılması üstünlük təşkil edir. Xidmətin hüquqi əsası aşağıdakı yerli qanunvericilik əsasında aparılır:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinin;
  • Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə";
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları".