ISO 45001 (Occupational Health & Safety Management System) Standartınn tətbiq olunması

 

ISO 45001:2018 Peşə Sağlamlığı və  Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi 

 

“G&I Consultintg Group” müəssisənizdə Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sisteminin (standartının) qurulmasında sizə yardımçı olacaq. 

ISO 45001 Standartı dünyada ilk beynəlxalq Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi standartı 12 Mart 2018-ci ildə Beynəlxalq Standartlar Təşkilatı (ISO- International Organization for Standardization) saytında nəşr olunaraq yayımlandı.

 

ISO 45001: 2018, OHSAS 18001:2007, mövcud Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi  İdarəetmə Sistem Standartını əvəz edəcək. Hazırda OHSAS 18001 sertifikatlı bütün təşkilatlar standartın nəşri tarixindən 3 il içində yeni standarta keçməlidirlər. OHSAS 18001:2007 standartı keçid ili 3 il keçdikdən sonra ləğv (12 mart 2021 -də) ediləcək.

 

ISO 45001: 2018, ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və ISO 14001 Ətraf Mühit İdarəetmə Sistemi ISO idarəetmə sistemlərinin yeni versiyaları ilə yüksək səviyyədə uyğunluq təmin etmək üçün uyğunlaşdırılmışdır. ISO 45001,   ISO 9001 və ISO 14001 Standartlarına uyğunlaşdırılıb və bütün istehsal və xidmət sahələrində tətbiq olunur.  ISO 45001 İdarəetmə Sistemi Standartları üçün yeni ISO Yüksək Səviyyəli quruluş (HLS- High Level Structure) istifadə edilərək yazılmışdır.

ISO 45001 standartı üzrə sertifikat 3-il müddətinə verilir, bununla bərabər sistemin standartın tələblərinə uyğunluğunu yoxlamaq üçün hər il inspeksiya nəzarəti (Audit) keçirilir.

 

ISO 45001 standartını məqsədi nədir? 

Müəssisənin işçiləri və digər insanlar üçün etibarlı və sağlam, Təhlükəsiz bir iş mühiti təmin etmək, qəzalardan yayınmaq, ölümləri, işlə əlaqədar qəzaların qarşısını almaq və Sağlamlığa zərər vermə və Peşə Sağlamlığı və Təhlükəsizliyi (OH&S) performansını davamlı inkişaf etdirməkdir. 

 

ISO 45001 Standartının faydaları nədir? 

ISO 45001 Standartı Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyinin təmin edilməsi üçün səmərəli idarəetmə təcrübəsini təqdim edir.  Standart təşkilatda işçilərinizin sağlamlığı və təhlükəsizliyi barədə düşündüyünüzü və bu sahədə maraqlı olduğunuzu nümayiş etdirir. Təşkilatınızın əməyin təhlükəsizliyi və peşə sağlamlığı kimi məsələlərdə marağı olduğunu nümayiş etdirmək sizin müvəffəqiyyətinizə müsbət təsir göstərəcək. 

Standartın prinsiplərinə əməl etməklə, aşağıdakı faydaları (səmərələri) verəcək: 

  • Bədbəxt hadisələrin sayının azalması;
  • Qəzaların və peşə xəstəliklərinin azaldılması;
  • İş qəzası və peşə xəstəliyi ilə bağlı yaranacaq maddi və mənəvi itkilərin azaldılması;
  • İş qəzası və peşə xəstəliyi ilə bağlı yaranacaq iş gücü, iş günü itkilərini azaldılması və istehsalda/xidmətdə məhsuldarlığı artırılması;
  • Qanunverici və normativ tələblərə riayət edilməsi; 
  • Sağlamlıq və Əməyin Mühafizəsi sahəsində müəssisənin niyyətinin maraqlı tərəflərə nümayişi;
  • Təhlükəsizlik mədəniyyətinizi inkişaf etdirəcək dəqiq məqsədlərin müəyyənləşdirilməsi, təşkilat daxilində məsuliyyətlərin bölüşdürülməsi yolu ilə təhlükələrə nəzarəti təmin edərək risklərin azaldılması;
  • Yenilikçi və kreativ yanaşmanın tətbiqi;
  • Daha geniş istehlakçı və işgüzar partnyorların qazanılması;
  • Əməyin Təhlükəsizliyi və Sağlamlığın qorunması ilə bağlı Risklərin idarə edilməsində yeni keyfiyyət səviyyəsi;
  • Əməliyyatların effektivliyinin artırılması və nəticə olaraq bədbəxt hadisələrin və istehsalatda vaxt itkisinin azaldılmasını;
  • Sığorta Risklərinin azaldılması;
  • Qanun pozuntuları ilə əlaqədar cərimələrin verilməsi ehtimalının ilə aqədar xərclərin azalması;
  • Təşkilatın imicinin (etibarını və hörmətini) artırılması və inkişaf etdirilməsi;
  • Təşkilatda Müsbət Təhlükəsizlik məsədniyyətinin formalaşdırılmasını; 
  • Müştərilərə, səhmdarlara, ictimai və özəl yoxlama təşkilatları qarşısında özünə inam yaradılması;
  • İş yerlərinin təhlükəsizliyinin/keyfiyyətinin yaxşılaşdırılması, işçilərin əxlaqının və təşkilatın dəyərlərinə bağlılığının artması;
  • Təhlükəsiz fəaliyyət mühitinin təmin olunması;
  • Rəhbərliyin və işçilərin bilik səviyyəsinin və motivasiyasinı artırılması.

ISO 45001 standartını tətbiq etməklə, şirkət iş yerində baş verən bədən xəsarətləri və peşə xəstəlikləri, itirilmiş iş saatları, cərimələr və s. bu kimi problemlərin həlli yollarını daha asanlıqla tapa bilir.    

 

Nəticədə: İnsanların yaşam keyfiyyətini yüksəltməkdir.