SƏTƏM haqqında ümumi məlumat | General HSE Awareness

“G&I Training Academy" fərdi və koorporativ müştərilərə Yerli və Beynəlxalq standartlar əsasında hazırlanmış "SƏTƏM haqqında ümumi məlumatlandırma" mövzusunda təlimin keçirilməsini təklif edir. 

 

Təlimin məqsədi: “SƏTƏM” sahəsində işçiləri ümumi məlumatlandırmaq (maarifləndirmək).

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hər kəs üçün (Menecerlər, Supervayzerlər, Formenlər,  SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər).

 

Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:

  • SƏTƏM siyasəti və qaydalarına necə əməl edilməsini
  • Sağlamlıqla və təhlükəsiliklə bağlı rol, öhdəlik və məsuliyyəti dərk etmək
  • İş yerinizdə, gündəlik həyatınızda baş verə biləcək təhlükələr, onların müəyyənləşdirilməsi
  • Ehtimal olunan risklərin praktik cəhətdən aşağı salmağı
  • Təhlükəsiz iş mühitinin formalaşdırılmasını
  • Yanğın və digər fövqəladə hallar zamanı nələrə əməl etməli olduğunuzu biləcəksiniz.
     

Təlimin məzmununa aşağıdakı mövzular daxildir:

  • Giriş/Tanışlıq
  • Fövqəladə hallar zamanı idarəetmə (FH-da görülən tədbirlər)
  • Yanğın Təhlükəsizliyi  / Yanğına qarşı profilaktik tədbirlər
  • İlk tibbi yardım
  • SƏTƏM haqqında ümumi məlumat və “SƏTƏM”-in əhəmiyyəti
  • SƏTƏM İdarəetmə Sistemi (Safety Management System)
  • SƏTƏM İdarəetmə Sisteminin elementləri
  • Beynəlxalq və Yerli qanunvericiliyin tələbləri
  • İşəgötürənin və işçilərin “SƏTƏM”ə dair öhdəlikəri
  • Siyasətlər, prosedurlar və təlimatlar
  • Əməyin mühafizəsi üzrə standart, norma və qaydalar
  • Təhlükəsiz iş sistemi | İşin icrasına icazə sistemi
  • Təhlükə və Risk nədir
  • Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
  • Təhükəli davranışlar və hallara qarşı nəzarət tədbirləri
  • İş yerində olan ümumi təhlükələr
  • Elektrik təhlükəsizliyi
  • Yüklərin əllə daşınması
  • Sürüşmə, ilişmə və dolaşma
  • Alışan və zəhərli qazlar
  • Qazıntı təhlükəsizliyi
  • Qapalı sahəyə giriş
  • Hündürlükdə iş 
  • Təhlülkəli maddələr və bioloji təhülkələr
  • Təhlükələrə qarşı nəzarət tədbirlərinin görülməsi
  • Sağlamlığa Zərərli Maddələrə Nəzarət. (COSHH & MSDS)
  • Hadisə nədir və hadisənin növləri
  • Hadisələrin araşdırılması və məruzə olunması
  • Ətraf Mühitin İdarəetmə Sistemi
  • SƏTƏM Mədəniyyəti
  • Biliklərin və təlimin qiymətləndirilməsi

 

Kursun Müddəti:  2 gün 

 

İştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara SERTİFİKAT təqdim olunur.