Təlimçilər üçün Təlim | Train theTrainers

Öz sahənizdə peşəkar Təlimçi olmaq potensialını hiss edirsinizsə, böyük auditoriyalarda insanlara təlimlər, seminarlar keçmək istəyirsənizsə bu təlimdə iştirak etməklə öz potensialınzı professionallaşdıra və inkişaf etdirə bilərsiniz. 

Təlim 20 ildən artıq iş təcrübəsi olan təlimçi kimi ixtisaslaşmış, peşəkar konsultantlar tərəfindən həyata keçiriləcək. 

 

Kursun məqsədi: Təlimçilərin bilik və bacarıqlarının artırılması yaxşı ünsiyyətqurma yollarının tətbiq olunması

 

Kurs kimlər üçün nəzərdə tutulub:  Təlimçi kimi fəaliyyət göstərməyi nəzərdə tutan şəxslər.  

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Təlimçi olmaq üçün lazımı biliklərə yiyələnəcəksiniz
  • Peşəkar təqdimetmə bacarıqların inkişaf etdirəcəksiniz
  • Dinləmə bacarığını tətbiq etmə yollarını müəyyənləşdirəcəksiniz
  • Ünsiyyətqurma üsullarını təkmilləşdirəcəksiniz
  • İki dəfə təlim keçmək təcrübəsi.

 

Mövzular: 

  • Giriş 
  • Təlim planının və proqramının hazırlanması
  • Təqdimat bacarığı
  • İnteraktiv (fəal) təlim metodları
  • Təlimçiyə olan tələblər:
    -  Ünsiyyətin qurulması və səmərəli ünsiyyət qaydaları.
    -  Nitq mədəniyyətində dinləmək və davranış metodları.
    -  Peşəkar dinləmə üsulları: Passiv və aktiv.
    -  Dinləyicinin diqqətin cəlb edilməsi metodları.
    -  Səriştəli təlimçinin xüsusiyyətləri.
  • Təlim modeli
  • Təlimin keçirilməsi üçün inkişaf mərhələləri. 5 addım.
  • Təlim tələblərinin təhlil olunması
  • Təlim materialları və alətləri
  • Müşahidə Modeli
  • Təlimin qiymətləndirilməsi mərhələləri
  • Bilik və bacarıqların qiymətləndirilməsi
  • Yekun qiymətləndirmə və təcrübi (praktik) hissə

 

Təlim müddəti: 2 gün - 1 gün nəzəri, 1 gün praktiki (təcrübə)

 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus 

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.