İşin İcrasına İcazə | Permit to Work

Kursun Məqsədi: 

  • İşin icrasına icazə sistemi nə demək olduğu barədə ümumi anlayışa malik olmasını təmin etmək;
  • Xüsusi bir iş üçün lazım olan icazə növünün müəyyən edilməsinə yardım etmək;
  • Risk səviyyəsinə müvafiq sənəd növlərinin istifadəsi üzrə tələbləri müəyyən etmək;
  • İcazə sistemində iştirak edən şəxslərin rol və öhdəliklərini müəyyən etmək.

Təlim kimlər üçün nəzərdə tutulub:  İşin İcrasına İcazə Sisteminə cavabdeh olan səlahiyyətli şəxslər üçün nəzərdə tutulmuşdur.

Mövzular: 

  • Giriş
  • İşin İcrasına İcazə Sistemi üzrə cəlb olunmuş səlahiyyətli şəxslərin vəzifə öhdəlikləri
  • Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
  • Təhlükənin aşkar edilməsi və Riskin qiymətləndirilməsi
  • Risklərin qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
  • Nəzarət tədbirlərinin  iyerarxiyası
  • Enerji mənbələrinin  müəyyən edilməsi 
  • İşin Riskinin qiymətləndirilməsinin Növləri
  • İş Riskinin qiymətləndirilməsinin səviyyələri
  • İcazə sənədinin tələb olunduğu İşlər
  • İcazə sənədlərinin növləri və tətbiq olunması

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.