Səlahiyyətli qaz Yoxlayıcısı | Sınaqcısı | Authorised Gas Tester (AGT)

Qapalı sahədə bir çox təhlükələr mövcud olur. Bu təhlüklərdən biri də Oksigenin (O2) az və ya çox olması,  zəhərli (toksik) və tez alışan (yanıcı) qazların mövcud olmasıdır. Qapalı Sahədə insanın işləməsi üçün təhlükəsiz atmosferin olması çox önəmlidir. Oksigen və digər qazların səviyyəsi qəbul olunan səviyyədə saxlanılmalı və daima nəzarət olunmalıdır. Bunun üçün qapalı sahədə qaz testinin | sınağının aparılması tələblərə daxildir. Qaz testi yalnız o sahədə təlim keçmiş səlihiyyətli şəxslər tərəfindən aparılmalıdır. 

 

Qaz testi / Sınağı dedikdə nə başa düşülür?

  • Qaz testi oksigeni, zəhərli və tezalışan qazları özündə ehtiva edir
  • Təhlükəsiz iş sisteminin ayrılmaz hissəsi hesab olunur
  • Ətraf mühitin təhlükəli atmosferdən mühafizə olunduğunu təsdiqləyir.

 

Qaz testi nə üçün həyata keçirilir? 

İş fəaliyyətlərini dəstəkləyən qaz sınaqları, işlə əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi və müvafiq qaydada təcridetmə, təhlükəsizlik və digər ehtiyat tədbirlərinin və təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə profilaktik tədbirlərin aparılması ilə həyata keçirilməlidir.

Ümumi tənəffüs təhlükələri bunlardır:

  • Oksigen çatışmazlığı/oksigenin yüksək həddə olması
  • Tez alışan qazlar/buxarlar
  • Zəhərli qazlar /buxarlar

 

Kursun Məqsədi: Kursun məqsədi qaz testi haqqında ümumi məlumat,  təhlükələr və qaz test avadanlıqlarının işləmə prinsiplərini izah etməkdir.

Təlim kimlər üçün nəzərdə tutulub: Qapalı sahələrdə və müxtəlif iş sahələrində atmosferik qaz nümunələrinin götürülməsini həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdir. Səlahiyyətli qaz sınaqçıları alışan buxarların, toksik qazların və oksigenin olub-olamamasını yoxlamaq üçün səlahiyyətləndirilir.    

Mövzular: 

  • Giriş
  • Qapalı Sahəyə Giriş
  • Qapalı Sahələrdəki Təhlükələr
  • Qaz testi nədir nə üçün aparılır və nə zaman aparılır
  • Təhlükəsiz İş Sistemi 
  • Tezalışan qazlar 
  • Aşağı və Yuxarı Partrlama həddi
  • Zəhərli qazlar
  • Qazın fiziki xassələri / Qazların xarakteristikaları
  • Daşınabilən Qaz Detektoru avadanlığı
  • Qaz Testi Prosedurları
  • Təmizləmə əməliyyatları

 

Təlim müddəti: 2 gün (Nəzəri və praktik hissə) 

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 10 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.