CİEH Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi / Occupational Health and Safety (Level 3)

                                     

 

G&I Training Academy Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir. 

 

Peşə sağlamlığı və Əməyin Təhlükəsizliyi (Occupational Health and Safety) mövzuda 3 səviyyədə təlim təşkil olunur.

  • Introductory Occupational Health and Safety (Level 1)
  • Foundation Occupational Health and Safety (Level 2)
  • Intermediate Occupational Health and Safety (Level 3)

Hər 3 səviyyədə təlimlər təşkil olunur və hər səviyyəyə uyğun olaraq BEYNƏLXALQ SERTİFİKAT təqdim olunur.

 

Peşə sağlamlığı və Əməyin TəhlükəsizliyiIntermediate Occupational Health and Safety (Level 3)

 

Kurs kimlər üçündür?
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində karyera qurmaq istəyən şəxslər
  • SƏTƏM sahəsi üzrə təhsil alan şəxslər
  • SƏTƏM sahəsi üzrə biliklərini inkişaf etdirmək istəyən şəxslər
  • SƏTƏM üzrə öhdəliyi olan menecer və supervayzerlər
  • Öyrənmə və inkişaf üzrə kouçlar

 

Kurs aşağıdakı modullardan ibarətdir:

Modul 1: Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi

  • Əməyin mühafizəsində yerli əmək qanunvericiliyinin tələbləri
  • Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsinin prinsipləri
  • Peşə sağlamlığı və təhlükəsizliyi idarəetmə sisteminin elementləri
  • İstifadə olunan əsas terminlər
  • Praktiki tapşırıq

 

Modul 2: Planlaşdırma

  • Risklərin qiymətləndirilməsi və yaranan imkanlar
  • Sağlamlıq və təhlükəsizlik siyasətləri
  • Hüquqi müstəvi
  • Vəzifə və öhdəliklər
  • Sağlamlıq və təhlükəsizlik üzrə məqsədlər
  • Praktiki tapşırıq

 

Modul 3: Risk profilinin yaradılması

  • Risk yönümlüyün üstünlükləri
  • İşlə əlaqədar xəsarət və xəstəliklərin xərci
  • Vəzifə və öhdəliklər
  • Riskin qiymətləndirilməsi prosesi
  • Spesifik riskin qiymətləndirilməsi
  • Nəzarət tədbirləri
  • Praktiki tapşırıq

 

Modul 4: İşlə əlaqədar xəsarətlər – təhlükələr – nəzarət tədbirləri

  • İş yeri və tələblər
  • Hündürlükdə iş
  • İş avadanlıqları
  • Yanğın və partlayış
  • Elektrik
  • Qapalı sahə
  • Qazıntı təhlükəsizliyi
  • Mexaniki dağıntı təhlükəsizliyi
  • İş yerində nəqliyyat
  • İşlə əlaqədar zorakılıq
  • Spirtli içki və narkotiklər
  • Praktiki tapşırıq

 

Modul 5: İşlə əlaqədar xəstəliklər – təhlükələr – nəzarət tədbirləri

  • Yüklərin əl ilə daşınması
  • Təhlükəli maddələr / COSHH
  • Azbest
  • Səs-küy və titrəyiş
  • Tapşırıq, iş sistemi və ətraf mühit
  • İşlə əlaqədar stres
  • Ofis təhlükəsizliyi və erqonomika
  • Ətraf mühit / tullantıların idarə olunması
  • Praktiki tapşırıq

 

Modul 6: Təşkiletmə və tətbiqetmə

  • Nəzarət
  • Əməkdaşlıq
  • Kommunikasiya
  • Səriştə
  • Sənədləşmə və qeydlər
  • Fövqəladə hallara hazırlıq və cavab tədbirləri
  • Praktiki tapşırıq

 

Modul 7: Fəaliyyətin / performansın yoxlanılması

  • Fəaliyyətin ölçülməsi
  • Fəaliyyətin monitorinq olunması
  • Qəzaların qeydiyyatı və məruzə olunması
  • Qəzaların araşdırılması
  • Praktiki tapşırıq

 

Modul 8: Fəaliyyətin / performansın yenidən nəzərdən keçirilməsi

  • Rəhbərlik tərəfindən yenidən baxış
  • Davamlı inkişaf
  • Praktiki tapşırıq

 

Kursun müddəti: 30 saat (5 gün)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 40 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Intermediate Occupational Health and Safety (Level 3) üzrə sertifikat təqdim olunur.