İş yerlərinin Attestasiyasının keçirilməsi

“G&I Training Academy”  qapalı və açıq sənaye sahələrində olan iş yerlərinin attestasiyasının keçirilməsi xidmətini təklif edir.

 

 

İş Yerlərinin Attestasiyasının keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələbdir. Mülkiyyət və təşkilati-hüquqi formasından və fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlar həyata keçirilməlidir. İstinad (mənbə/əsas): Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin və Azərbaycan Respublikası (AR) Nazirlər Kabinetinin 06.03.2000-ci il tarixli 38 saylı Qərarına əsasən əmək şəraitindən asılı olmayaraq işəgötürən iş yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. Müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

Müəssisələrdə iş yerlərinin attestasiyası əməyin mühafizəsi tədbirlərinin təmin olunması, istehsal sanitariyası və gigiyenası vəziyyətinin müəyyən edilməsi və yaxşılaşdırılması, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnika və texnologiyanın tətbiqi məqsədi ilə həyata keçirilir.

İş yerlərinin Attestasiyası hər 5 ildən bir aparılmalıdır.


ÖLÇÜLƏCƏK PARAMETRLƏR
Bütün iş yerlərində səyyar laboratoriya vasitəsilə ölçüləcək parametrlər:

  • Radiasiya (radiasiya fonu, lokal radiaktiv mənbələrin aşkar edilməsi)
  • Radon qazı
  • Fibrogen təsirli aerozollar (toz, asılqan hissəciklər)
  • Səs-küy və vibrasiya
  • Mikroiqlim (temperatur, rütubət, hava axını)
  • İşıqlanma
  • Uçucu üzvi maddələr
  • Zəhərli qazlar
  • Elektromaqnit sahələri və radiotezliklərin elektromaqnit dalğaları
  • Şüalanma (infraqırmızı, yüksək tezlikli, ultra yüksək tezlikli)

 

ÖLÇMƏ AVADANLIQLARI: İstifadə edilən avadanlıqlar AR qanunvericiliy çərçivəsində müvafiq surətdə kalibrasiya sertifikatlarına malikdir.

 

ÖLÇMƏ SXEMİ: İş yerlərində ölçmələrin aparıldığı nöqtələr xüsusi iş yerləri, ümumi iş yerləri, avadanlıqlar ətrafı, işçilərin təmasda olduğu müxtəlif iş ərazilərini əhatə edəcək.


OPERATORLAR
İş yerlərinin attestasiyası üzrə nəticələri təhlil edən və səyyar laboratoriya ölçmələrini aparan operatorlar yüksək peşəkarlıq xüsusiyyətlərinə və müvafiq elmi dərəcələrə malikdirlər:

  • Fizika-riyaziyyat, kimya elmləri namizədləri
  • Aspirantlar
  • Magistrlər


İSTİNAD EDİLƏN ƏSAS HÜQUQİ SƏNƏDLƏR

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
  • Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında" Qərarı və müvafiq metodika.

 

HESABAT

  • İş yerlərinin əmək şəraitinə görə fiziki xüsusiyyətlərinin səyyar və zəruri hallarda stasionar laboratoriya ölçmələri vasitəsilə müəyyən edilməsi;
  • İşin intensivlıiyinin qiymətləndirilməsi (yerli qanunvericilik əsasında);
  • İş proseslərinin gərginliyinin müəyyən edilməsi (yerli qanunvericilik əsasında);
  • İş yerlərinin zərərli faktorlar üzrə xəritələrinin hazırlanması;
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmələrinin qiymətləndirilməsi;
  • İşçilər üçün qanunvericilik çərçivəsində güzəştlərin müəyyən edilməsi (əlavə məzuniyyət, qısaldılmış iş günü və s.);
  • İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin təklif edilməsi.
  • SƏTƏMM üzrə əlavə tövsiyyələr;