CV-nin hazırlanması və Uğurlu iş müsahibənin yolları

“CV/Rezyume sənə Müsahibəni gətirir, müsahibə isə işi”.

 

Siz hər hansı bir vəzifəyə namizədliyinizi verərkən  işə götürənlə tanışlıqdan öncə özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək üçün ilk öncə yaxşı düşünülmüş nümunəvi CV/Rezyumeni tərtib etmək lazımdır. İkinci addım isə müsahibədən uğurlu keçməkdir. Uğurlu namizəd olmanız üçün hər iki adıdım çox önəmlidir.

“G&I Consultintg Group” sizə yaxşı iş tapmaq üçün iş axtarmağın yollarını, İşə götürənin tələblərinə uyğun olaraq CV-nin hazırlanmasını,  Təcrübəsizlərin CV hazırlanmasını və Uğurlu müsahibənin (İntervyu) keçirilməsi yollarında dəstək olacaq.

 

Təlimin məqsədi:

  • CV/Rezyumenin tərtib olunması (hazırlanması) haqqında bilik və bacarıqlar aşılamaq.
  • İş tapmaqda CV-nin rolu, məzmunu, formatı ilə tanış etmək
  • İş müsahibəsinə (intervyu) hazırlaşmaq və müsahibədən uğurla keçmək haqqında bilik və bacarıqlar aşılamaq

Kurs kimlər üçün nəzərdə tutulub: İş tapmaqda çətinlik çəkən hər kəs üçün.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • İş axtarmağın yollarını
  • İşə götürənin CV-də görmək istədiklərini
  • Iş təcrübəsi olmayanlar üçün CV-nin hazırlanmasını
  • Uğurlu müsahibənin yollarını

Mövzular: 

  • Giriş 
  • Özünü qiymətləndirmə. İş axtarmağın yolları.
  • İşə götürənin tələb etdiyi bilik və bacarıqlar
  • CV/Rezyume haqqında əsas anlayışlar.
  • CV/Rezyume-nin hazırlanması, məzmunu, formatı, növləri
  • İşəgötürənin CV-də görmək istədikləri
  • Yaxşı CV hazırlamaq üçün açarlar
  • İnternet vasitəsilə iş axtarmaq, internetdə iş saytları
  • Iş müsahibəsi haqqında əsas anlayışlar.
  • Müsahibə formaları və müsahibə prosesi
  • Müsahibəyə hazırlıq, müsahibə vaxtı və müsahibədən sonra nə etməli 
  • Müsahibədə uğur əldə etmək üçün açarlar və özünə inam.
  • “Mən ən güclü namizədəm” fikrinin formalaşdırılması 
  • Müsahibədə verilən suallar və onlara hazırlaşmaq 

Təlim müddəti: 1 gün 

Təlimin keçirildiyi dil: Azərbaycan dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.