Effektiv təqdimat bacarıqları | Effective Presentation skills

Effektiv təqdimat bacarıqları və təqdimat materiallarının hazırlanması” təlimi iş yerlərində və ya hər hansı önəmli təqdimatların, hesabatların təqdim edilməsi zamanı bilməli olduğunuz vacib məqamları sizə öyrətməyə çalışacaq. Belə ki, təsirli və effektli təqdimat hazırlanması zamanı istifadə olunan metodlardan, üsullardan bəhs edən bu təlim, praktiki olaraq təqdimat bacarıqlarınızı da inkişaf etdirəcək.

Şirkətinizin və sizin uğur əldə etməniz üçün ilkin anda yaxşı təqdimat etməyinizdən çox asılıdır. İstehsal etdiyiniz məhsul (mal) / xidmət və ya Layihə haqqında yaxşı təqdimat sizə və şirkətinizə böyük uğurlar və gəlir gətirə bilər. Sizin yeni müştərilər və tərəfdaşlar qazanmağınıza səbəb olar. Bunun  üçün sizin yaşı təqdimat aparan mütəxəssisə ehtiyacınız olacaq. Təqdimata necə hazırlaşmaq və auditoriyanın marağını və diqqətini necə cəlb etmək və auditoriya qarşısında sərbəst şəkildə çıxış etməyi öyrənmək istəyirsinizsə, bu təlimdə iştirak etməyiniz təklif olunur.

 

Təlimin məqsədi

Təlimin əsas məqsədi müasir təlim metodlarından isifadə etməklə praktiki olaraq təqdimat materiallarının hazırlanması qaydaları ilə yanaşı, effektiv təqdimat bacarıqlarınızı da təkmilləşdirməkdir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru təqdimat materiallarının hazırlanması qaydalarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.

 

Kimlər iştirak edə bilər?

Təqdimat bacarıqlarını inkişaf etdirmək və təqdimat materiallarının hazırlanması prosesində peşəkar mütəxəssisin köməkliyilə iştirak etmək istəyən hər kəs bu təlimdə iştirak edə bilərlər.

 

Nələr əldə edəcəksiniz?

  • Effektiv təqdimat bacarıqları və təqdimat materiallarının hazırlanması ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqsınız.
  • Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
  • Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.

 

Təlim əhatə edən mövzuları aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Tanışlıq
  • Ünsiyyət nədir?
  • Ünsiyyətin növləri
  • Kommunikasiya prosesi
  • Ünsiyyət bacarıqları və məsləhətlər
  • Ünsiyyət bacarıqları
  • Mən-Sən dili
  • Dinləmə texnikaları
  • Qrup işi-1
  • Bədən dili
  • Jestikulyasiya: Əllər
  • Mimikalar
  • Bədən dili analizi
  • İşgüzar yazışma
  • İşgüzar məktubun quruluşu
  • İşgüzar yazışmalar zamanı edilən səhvlər
  • Qrup işi-2
  • Vizual dəstək
  • Vizual yazı elementləri
  • Yekun
  • Təlimin qiymətləndiriliməsi

 

Təlim müddəti: 2 gün 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.