Mühafizəçilər üçün Təlim kursu | Security Training Course

“G&I Training Academy” Təlim Mərkəzi  "Mühafizəçilər üçün Təlim kursu" ( Basic Security Training Course) təklif edir.  Təlim Mühafizə sahəsində peşəkar mütəxəssislər tərəfindən tədris olunur. 

 

Təlimin Məqsədi: Təhlükəsizlik xidməti əməkdaşlarınının (Mühafizəçilərin) «Təhlükəsizlik» sahəsində bilik və bacarqılarının artırılmasıdır.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Mühafizə sahəsində çalışan və bu sahədə çalışmaq istəyən heyət üçün nəzərdə tutulmuşdur. 

 

Əldə olunacaq nəticələr: Bu kursun sonunda iştirakçılar aşağıdakı bacarıqlara nail olacaqlar:

  • Mühafizə xidmətinin fərdi və korporativ vəzifələrini və öhdəliklərini anlamaq
  • Obyektlərin, binaların, ofislərin və digər ərazilərin mühafizəsi üsullarını anlamaq
  • Şirkətin təhlükəsizlik siyasətini və prosedurlarını anlamaq
  • Keçidə nəzarət, CCTV, təxliyə, patrul keşiyi, şəxsin üstünün axtarışı, yanğın söndürmə, ilk yardım və sair xüsusi mühafizə tədbirlərinin effektiv tətbiqi
  • Təhlükəsizliklə bağlı riskləri analiz etməyi və qiymətləndirməyi bacarmaq, düzgün mühafizə üsullarını seçmək

 

Mövzular: 

  • Giriş / Tanışlıq
  • Fövqəladə Hallar zamanı tədbirlər - Təxliyyə
  • Mühafizə fəaliyyəti haqqında qanunvericilik və tələblər
  • Təhlükələr
  • Özəl mühafizə xidmətinin əsasları
  • Özəl mühafizə xidmətinin əsas funksiyası
  • Özəl mühafizə xidmətinin növləri
  • Mühafizə xidmətinin əsas prinsipləri
  • Mühafizəçiyə olan tələblər (mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri)
  • Mühafizə xidməti əməkdaşının (Mühafizəçinin) rolu, hüquq və vəzifələri
  • Təhlükəsizlik xidməti əməkdaşının vəzifə təlimatı
  • Mühafizə xidməti əməkdaşının davranış kodeksi və nizam-intizam qaydaları
  • Oğurluq, vandalizm, təxribat hallarının qarşısının alınması
  • Obyektdaxili rejim və buraxılış sistemi haqqında
  • Təhlükəsizlik Sistemi
  • Keçidə nəzarət
  • Patrul keşiyi
  • Şübhəli əşyaların aşkar edilməsi
  • Bomba və ya  şübhəli maddə (əşya) aşkarlandıqda davranış qaydaları 
  • Evakuasiya / Təxliyyə 
  • Təhlükəli və partlayıcı maddələr 
  • Nəqliyyat vasitələrinin qeydiyyatı və buraxılışı
  • İnformasiya Təhlükəsizlyi
  • Yanğın təhlükəsizliyi (Yanğınla ilkin mübarizə)
  • İlk tibbi yardım 
  • Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)

 

Təlimin müddəti: 3 gün (2 gün mühafizə xidməti ilə bağlı informasiya verilir, 1 gün ilk tibbi yardım və Yanğınla mübarizə/Yanğın təhlükəsizliyi ilə bağlı) 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 2 il