Sızma və Dağılma zamanı Davranış | Spill Response

"G&I Training Academy" Təlim və Konsultasiya Mərkəzi "Dağılma və Sızma zamanı Davranış" (Dağılma və Sızma Hallarının aradan qaldırılması) (Oil & chemicals Spill Response) mövzusunda təlim elan edir. 

 

Təlimin məqsədi: İş yerində Təhlükəli Maddələrin sızması və dağılması zamanı davranış qaydaları haqında bilik və bacarıqlarla təmin etməkdir.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Sızma və dağılma zamanı xilasetmə işlərinə cəlb olunmuş komandanın üzvləri və hər kəs.

 

Mövzular: 

  • Giriş
  • Təhlükəli Maddələr haqqında məlumat

  • Təhlükəli Maddələrin təsnifatı

  • Təhlükəli Maddələrin dağılmasının təhlükələri və simptomları

  • Təhlükəli Maddələrin dağılmanın səbəbləri

  • Təhlükəli Maddələrin dağılmasının qarşısının alınması

  • Təhlükəli Maddələrin dağılması və sızması zamanı planlaşdırma 

  • Qanunvericiliyin tələbləri

  • Öhdəliklər

  • Maddələrin Təhlükəsizliyi Haqqında Məlumat Vərəqi (Material Safety Data Sheet)

  • Təhlükəli Maddələrin saxlanılması qaydaları / Uyğunluq cədvəli (Chemical Compatibility Chart)

  • Dağılmaya nəzarətin 7 mərhələsi:

           - Riski qiymətləndirmək

           - Özünü qorumaq

           - Dağılmanın mənbəyini dayandırmaq

           - Dağıntı ərazisini məhdudlaşdırmaq

           - Təmizləmə işi aparmaq (Dağılma dəsti ilə - Spill Kit)

           - Dezinfeksiya işi aparmaq

           - Məruzə etmək

  • Təlimin qiymətləndirilməsi (Praktiki hisssə) 

 

Təlim müddəti: 1 gün. 

İştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara SERTİFİKAT təqdim olunur. 

Sertifikatın etibarlılıq müddəti: 2 il