İlk Tibbi yardım | Basic First Aid

“G&I Training Academy” Təlim Mərkəzi yerli (FHN təsdiqli) və Beynəlxalq standartların tələbləri əsasında "İlk yardım" mövzusunda təlim təklif edir.  

 

“İlk yardım” təlimi Azərbaycan Respublikasının qanunvericiliyi, “European Resuscitation Council Guidelines for Resuscitation 2015” və “American Heart Association (AHA) Standard”ları əsasında nəzəri və praktiki keçirlir.

 

Təlimin Məqsədi: 

  • Həyati təhlükəni ortadan qaldırmaq
  • Həyati funksiyaların davam etdirilməsini təmin etmək
  • Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək
  • Yaxşılaşmanı asanlaşdırmaq 
  • Peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə ) ilk yardımın göstərilməsi bacarıqlarını öyrətmək. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Tibbi yardım komandası gələnə qədər zərərçəkmiş insanı həyatda saxlamağın zəruri olduğu şəraitdə müvafiq yardımın göstərilməsi üçün səfərbər edilə biləcək işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

 

Mövzular: 

  • İlk yardımın məqsədləri
  • İlk yardımın tətbiqi halları
  • Zərər çəkmişin vəziyyətinin qiymətləndirilməsi, hadisə yerinin müayinəsi, təhlükəsizlik qaydaları
  • Təkmilləşmiş tibbi yardımın çağırışı proseduru
  • İlkin müayinə (DRCAB)
  • D- Təhlükə - Ətrafın nəzərdən keçirilməsi və ikincili bədbəxt hadisələrin qarşısının alınması (şəxsi təhlükəsizliyin nəzərə alınması ilə birgə)
  • R - Cavab - AVPU Cədvəli
  • Ürək-damar sisteminin Anatomiya və Fiziologiyası
  • Ürək massajı, praktiki məşğələ                                                  
  • Qan dövranı, Hava yolları və Tənəffüsün idarə olunması
  • Tənəffüs sisteminin Anatomiya və Fiziologiyası
  • Xilasedici süni tənəffüs, praktiki məşğələ                                                 
  • (CPR) Ürək – Ağciyər Reanimasiyası
  • 1 və 2 xilasedici ilə CPR
  • CPR üzrə praktiki məşğələ                                               
  • Avtomatik Xarici Defibrilyatorun (AED) istifadəsi və alqoritmi
  • Rekaveri vəsiyyəti
  • Praktiki məşğələlər (ürək və tənəffüsün dayanması, huşsuz xəstə)
  • Qanaxma və Xarici qanaxmanın dayandırılmasının əsas prinsipləri (DEPP)
  • Sadə sarğıların qoyulması
  • Sadə şinlərdən istifadə prinsipləri
  • Yanıqlar (növlər, törədici və klassifikasiya)
  • Termiki və kimyəvi yanıqların ilkin müalicəsi
  • Gözlərin zədlənməsi
  • Gözlərin xarici cismlərdən və kimyəvi maddələrindən yuyulması
  • Ağır tibbi halları və xəstəliklərin ilkin müalicəsi
  • Şəxsi və ümui gigiyenanın əsasları
  • İlk yardım çantasının tərkibi və istifadə qaydaları
  • Təlimin yekunlaşdırılması və Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)

 

Praktiki hissə manken üzərində üzərində ürək - ağciyər Reanimasiyası, süni tənəffüsvermə, sınıqların sarınması və İlk tibbi yardım çantasından istifadə qaydaları aiddir.

İlk yardım təlimi üçün avadanlıqlar: Təlim Mankeni, Primedic AED (Avtomatik elektro defibrillator), İlk tibbi yardım çantası.

 

Təlim müddəti: 1 gün (nəzəri və praktik hissə) 

Qrupda dinləyicilərin sayı: Minimum 3 nəfər – maksimum 12 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il