İcraçı Rəhbərlər üçün Təlim Proqramı | Training Program for Performing Authority

İşin Təhlükəsizlik Sistemləri iş tapşırığı ilə bağlı təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üçün sistematik olaraq tapşırığın yoxlanılmasından irəli gələn bir formal prosedurdur . Bu sistem iş tapşırığı və eləcə də tapşırığın icra edildiyi ətraf mühitlə bağlı hər hansı təhlükəni sistematik olaraq müəyyənləşdirir və nəzarət edir.

Bu Təlim Proqramının məqsədi - İşi icra etmək səlahiyyəti almış rəhbərlərin (İcraçı Rəhbər) (PERFORMING AUTHORITY - PA) öz vəzifələrini təhlükəsiz və səmərəli şəkildə icra etmək üçündür.

Mövzular: 

  • Giriş / Tanışlıq
  • Fövqəladə Hallar zamanı tədbirlər
  • Əsas terminlərin izahı
  • Yerli, Benəlxalq qanunvericilik və tələblər
  • Qızıl Qaydalar 
  • İşin İcrasına İcazə Sistemi üzrə cəlb olunmuş səlahiyyətli şəxslərin vəzifə öhdəlikləri
  • Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
  • Təhlükənin aşkar edilməsi və Riskin qiymətləndirilməsi
  • Risklərin qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
  • Nəzarət tədbirlərinin  iyerarxiyası
  • Enerji mənbələrinin  müəyyən edilməsi 
  • İşin Riskinin qiymətləndirilməsinin növləri
  • İş Riskinin qiymətləndirməsinin səviyyələri
  • İcazə sənədinin tələb olunduğu İşlər
  • İcazə sənədlərinin növləri və tətbiq olunması
  • İşin Təhlükəsizlik sistemləri
  • İşə icazənin məqsədi və əhatə dairəsi
  • Qanunvericilik və standartlar
  • Vəzifələr və Cavabdehliklər
  • İşə icazənin növləri
  • İşə icazənin strukturu
  • Əlavə sertifikatlar
  • Enerjinin təcrid edilməsi tələbləri
  • İş üzrə riskin qiymətləndirilməsi
  • Praktiki təlim və iş senariləri
  • Qiymətləndirilmə
  • Təlimin qiymətləndirilməsi.

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.