Riskin Qiymətləndirilməsi | Risk Assessment (RA)

Biz hər gün iş yerlərində təhlükələrlə qarşılaşırıq. İş yerlərində sağlamlığın qorunması, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı ilk addım təhlükələrin müəyyənləşdirilməsi və riskin qiymətləndirilməsidir.

 Siz müəssisənizdə tapşırıqla bağlı riskin qiymətləndirilməsi prosesini tətbiq etməklə potensial təhlükələrin qarşısını alaraq, personalın sağlamlığına, ətraf mühitə və əmlaka dəyə biləcək ziyanın qarşısını ala bilərsiniz. Həmçinin Riskin qiymətləndirilməsi prosesində işi sistemli yoxlamaq və sənədləşdirmək, sonra müvafiq nəzarət meyarlarını dəqiqləşdirən, son nəticədə isə tapşırığın icrasının təhlükəli olub-olmamasına qərar vermək üçün olan bir metoddur. Bu metodu iş yerinizdə tətbiq etmək üçün bu sahə üçün nəzərdə tutulmuş səlahiyyətli şəxslərin təlimatlandırılmasına ehtiyac duyulur.  “G&I Training Academy” olaraq bu mövzuda təlimin keçirilməsini sizə təklif edirik.

 

Riskin Qiymətləndirilməsi / Risk Assessment (RA)

 

Təlimin məqsədi: İş yerində təhlükələrin müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi sahəsində işçiləri məlumatlandırmaq.

Təlim kimlər üçün nəzərdə tutulub: Təlim təhlükəsiz iş sisteminin həyata keçirilməsinə görə məsuliyyət daşıyan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.  
 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Təhlükələrin aşkar olunmasını
  • Riskin necə qiymətləndirilməsini
  • Nəzarət tədbirlərinin tətbiq olunmasını  
  • Rollar və vəzifə öhdəliklərini

Mövzular: 

  • Giriş
  • Əsas Terminlərin İzahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
  • Riskin Qiymətəndirilməsi nədir?
  • Risklərin Qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
  • İş yerində olan əsas Təhlükələr və onların müəyyən olunması
  • Riskin Qiymətləndirilməsinin mərhələləri
  • İşin Riskinin Qiymətləndirilməsinin növləri
  • İş Riskinin Qiymətləndirməsinin səviyyələri
  • Nəzarət Tədbirlərinin  İyerarxiyası
  • Riskin Qiymətləndirilməsi cədvəli (matrisi)
  • Praktik olaraq Riskin Qiymətləndirməsinin yazılı olaraq həyata keçrimək
  • Təlimin qiymətləndirilməsi

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.