İsrayıl İ.İsgəndərov

Riyaziyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini qazanmış İsrayıl İsgəndərov 30 illik iş təcrübəsinə sahib, yuxarı idarəetmədə icraçı vəzifəsini, elmi tədqiqatçı, məsləhətçi və müəllim- təlimçi vəzifələrini birləşdirir.

17 ildən artıq Top Menecment sahəsində təcrübəyə malikdir. Əməliyyatların idarə olunmasındakı uğurlara əsaslannan, yeni kompaniyaların yaradılması və son dəyişikliklərin idarə olunması, biznes imkanlarının artırılması  və hüquqi və nizamlama üsullarına əməl olunması üzrə icraçı direktor. O, kiçik müəssisələr, QHT- lər (Tədqiqat təşəbbüsləri də daxil olmaqla, İcma İnkişaf Proqramları, sosial ədalət, icmaların sosial və iqtisadi inkişafı, yoxsulluğun azaldılması, gənclərin, qadınların inkişafı,icmaların innoativ ideyalarını dəstəkləmək və s. təxminən 300 Azərbaycan İcmasında həyata keçirilmiş layihələrə rəhbərlik etmək ona Azərbaycan Vətəndaş Cəmiyyəti barədə ətraflı məlumat qazanmaq və təhlil imkanı vermişdir) idarə etmişdir.  Tədqiqat təşəbbüsləri də daxil olmaqla, sosial-iqtisadi və inkişaf, yoxsulluğun azaldılması, innoativ ideyalarını dəstəklənməsi üzrə həyata keçirilmiş 100-ə yaxın layihələrə rəhbərlik etmişdir.

Ekspert/Məsləhətçi kimi Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən maliyyələşmiş Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə ekspertdir, İcma İnkişaf Mikro-Layihələrinin Dəyər Mənfəət Təhlilini aparır.

Cənab İsgəndərov British Petroleum(BP) və onun tərəfdaşları (Azərbaycanda “Milli QHT- lər və Hökumətlə effektiv iş təşkil etmək” üzrə NEFT Konsorsiumu) tərəfindən maliyyələşən İcma İnvestisiya Proqramı üzrə ekspert/məsləhətçi olmuşdur, strateji inkişaf və onların fəaliyyət planları üzrə paketləri inkişaf etdirmişdir. Korporativ Sosial Məsuliyyətlilik Siyasətli Beynəlxalq Təşkilatların bir çoxu onun təcrübəsindən  yararlanır.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Şurasında layihələrin qiymətləndirilməsi üzrə ekspertdir.

Onun ekspertiza fəaliyyəti altında Azərbaycanda fəaliyyət göstərən iki beynəlxalq proqramın auditi icra olunmuşdur: Accion Contra El. Hambre (ACH) and UNICEF;

Mühazirəçi/Təlimçi kimi Cənab İsgəndərov Azərbaycan Turizm və Menecment Universitetində “Menecment” və Təşkilati Davranış, Qərar qəbul etmək, Layihənin idarə olunması üzrə mühazirə və təlimlər verir.

Elmi Tədqiqatç kimi 20 dən çox Elmi və Metodiki əsəsrlərin (məqalələr) müəllifidir. 1981-1993-cü illlər ərzində “Su problemləri Elmi- tədqiqat İnstitunda” fəaliyyət göstərmiş, 1992-1996-cı illər ərzində  Texnoloji Proseslərin Optimallaşdırması üzrə sektorun müdiri olmuş.  Riyaziyyatda “Qeyri- xətti dalğa tənliklərinin ilkin sərhəd məsələləri”ni tədqiq etmişdir. Dissertasiyanı müdafiə etdikdən sonra Fəlsəfə doktoru elmi dərəcəsini qazanmışdır.

Təşkilati davranış və şəxsi yanaşmalar üzrə ətraflı məlumat verən təhlilçi və tədqiqatçıdır, “Təşkilati Davranış və Menecement Psixolgiyası” və “Korporativ Sosial Məsuliyyət” dərs vəsaitlərinin müəllifidir.

Menecmentdə qərar qəbul etmədən əvvəl,qərar və qərardan sonrakı mərhələlərin dinamik və qarşılıqlı əlaqə prosesi kimi  “Qərar qəbul etmə” tədqiqatı aparmışdır.

1997-ci ildən milli QHT “Umid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İcraçı direktoru vəzifəsində çalışır. Tədqiqat təşəbbüsləri də daxil olmaqla, sosial-iqtisadi və inkişaf, yoxsulluğun azaldılması, innoativ ideyalarını dəstəklənməsi üzrə həyata keçirilmiş 10-larla layihələrə rəhbərlik etmişdir.

“Bakı- Tbilisi- Ceyhan/Cənubi Qafqaz Boru Kəməri boyu İçməyə yararlı Sudan İstifadənin Təkmilləşdirilməsi” layihəsi “Dayanıqlılıq üzrə Beynəlxalq Mükafat” - “Energy Globe 2007”- nin milli qalibidir.

Azərbaycan Turizm və  Menecment Universitetində 2008-ci ildən 2018-ci ilə qədər Menecment kafedrasının mudiri vəzifəsini icra etmiş və həmin universitetdə Menecmentin əsasları, Təşkilati Davranış, Qərar Qəbul etmə, Layihənin idarə olunmasının əsasları üzrə müəllim işləmişdir. Hazırda Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Davamlı təhsil və təlim" şöbəsinə rəhbərlik edir.  Bununla yanaşı “G&I Consulting Group” da Təşkilati İnkişaf Məsələləri üzrə Məsləhətçi/Ekspert olaraq çalışır. Bununla yanaşı “Menecment”, “Layihə Menecmenti”, “Təşkilati Davranış”, “İnvestisiya Layihələrinin Qiymətləndirilməsi” “Qərar Qəbul etmə” və Menecment sahəsində 20-dən çox spesifik mövzularda təlim və konsultasiya xidmətləri göstərir.